Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



30 Sen
2019
19:47
408

30
Sen
19:47



Penitensiar Xidmət məhbusun ölümü ilə bağlı açıqlama yayıb

Bu günlərdə sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə Müəssisəsində xüsusilə ağır cinayətlər törətdiyinə görə azadlıqdan məhrum edilmiş Quliyev Eşqin Zahid oğlunun ölüm səbəbi ilə bağlı həqiqətə uyğun olmayan uydurma məlumatlar dərc olunmuşdur.

Bunu XeberOxu.Az-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildiirblər.

Xidmətin məlumatında qeyd edilir ki, əvvəllər banditizmdə - silahlı qruplar tərəfindən odlu silahdan istifadə etməklə törədilmiş basqınlarda iştirak etdiyinə görə 9 il müddətinə azadlıqdan məhrum edilmiş E.Quliyev azadlığa çıxdıqdan sonra Gəncə hadisələrində mütəşəkkil cinayətkar dəstə tərkibində iki nəfərin xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar öldürülməsində, terrorçuluğun və digər xüsusilə ağır və ağır cinayətlərin törədilməsində təqsirli bilinərək məhkəmə tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilmişdir:

"İstintaq təcridxanasına daxil olarkən E.Quliyevdə aparılmış tibbi müayinə nəticəsində ağır xroniki – QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu ("SPİD" xəstəliyinin sonuncu IV mərhələsi), viruslu hepatit B və C və digər xəstəliklər aşkar olunmuşdur.

Bununla əlaqədar E.Quliyevin sağlamlıq durumu istintaq təcridxanasında daim həkim nəzarətində saxlanılmış və ona əvvəlcə zəruri ambulator yardım göstərilmiş, lakin xəstəliyi ağırlaşdığından o, stasionar şəraitdə müalicə olunmaq üçün Müalicə Müəssisəsinə keçirilmişdir.

İntensiv müalicə tədbirlərinin görülməsinə baxmayaraq narkomanlıqdan əziyyət çəkən E.Quliyev müalicəsi tam mümkün olmayan kəskin infeksion xəstəliklərə düçar olduğundan səhhəti ağırlaşmaqda davam etmiş və o, QİÇS, viruslu Hepatit B və C, qan laxtalanmasının pozulması, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığından sentyabrın 29-da Müalicə Müəssisəsində vəfat etmişdir.

Ölüm faktı ilə bağlı qanuna uyğun olaraq prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

Penitensiar xidmət mərhumun ailəsinə başsağlığı verərək təəssüflə bildirir ki, sosial şəbəkələrdə müxalifət qüvvələri cəfəng fikirlər söyləyərək mərhumun guya fiziki zorakılığa məruz qaldığından ölməsi kimi qələmə verməklə cəmiyyətdə çaşqınlıq yaradır, dövlət orqanlarının fəaliyyətinə kölgə salır, öz çirkin siyasi məqsədləri naminə mərhumun ailəsinə mənəvi iztirab yaşadırlar".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az