Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
17:45
456



İqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq elektrik enerjisi istehlakı da artıb - RƏSMİ

2018-ci ilin birinci yarımili ilə müqayisədə 2019-cu ilin müvafiq dövrü ərzində elektrik enerjisinə tələbat da 586 milyon kVts artıb.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətindən XeberOxu.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində yüzlərlə - çoxmərtəbəli bina, sahibkarlıq obyekti, sənaye məhəllələri, aqroparklar, zavodlar, fabriklər istifadəyə verilib. Yəni iqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq istehlak da çoxalıb:

"Ötən ilin birinci yarım ili ilə müqayisədə elektrik enerjisinin istehsalı artırılıb. Belə ki, 2019-cu ilin arxada qalan birinci yarım ili ərzində 11.544 milyard kVts elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVts çoxdur".

Məlumatda bildirilir ki, 2019-cu ilin birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur:

"Ənənəvi olaraq bu il də Azərbaycan qonşu ölkələrə - Gürcüstan, Rusiya, Türkiyə və İrana elektrik enerjisi ixrac edir".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az