Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyul
2019
01:43
552



BFB: Repo əməliyyatlarında rekord göstərici qeydə alınıb

15 iyul 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) ticarət platformasında 78,6 mln. manat məbləğində repo əməliyyatı baş tutub. Bu nəticə 2014-cü ildən BFB-nin ticarət sistemində bir gün üzrə aparılan repo əməliyyatları üzrə rekord göstəricidir. Ümumilikdə, 2019-cu il yanvar-iyun ayları üzrə repo əməliyyatlarının ümumi məbləği 437.8 mln. manat təşkil edib.

BFB-dən XeberOxu.Az-a bildirilib ki, repo əməliyyatlarında son iki il ərzində əhəmiyyətli artım tempi müşahidə olunub. Belə ki, 2017-ci ilin birinci yarısında repo əməliyyatlarının ümumi məbləği 11,6 mln. manat, 2018-ci ilin eyni dövrə üzrə bu göstərici 466,2 mln. manat olub.

Repo predmeti kimi Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazlarına tələb yüksək qalmaqdadır, eyni zamanda dövr ərzində Mərkəzi Bankın notları və korporativ istiqrazlar üzrə də repo əqdləri həyata keçirilib. Belə ki, 2019-cu ilin ilk yarımili üzrə dövlət istiqrazlarının payı 60.7% (265,7 mln. manat), Mərkəzi Bankın notlarının payı 37.7% (165,2 mln. manat), ARDNŞ istiqrazların payı isə 1.6% (4,1 mln. ABŞ dolları) təşkil edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az