Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
18:21
339



İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək

Bu ilin oktyabrında Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) 3-cü Baş Assambleyasının keçirilməsi nəzərdə tutulur.

XeberOxu.az-ın məlumatına görə, Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 56 ölkənin, eləcə də qeyri-üzv dövlətlərin nümayəndələri iştirak edəcəkdir. Ümumilikdə 70-yə yaxın ölkənin təmsil olunacağı tədbirdə Azərbaycandakı əlverişli biznes mühiti, o cümlədən ölkəmizdə kiçik və orta biznesin inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə görülən tədbirlər barədə məlumat veriləcək, ölkəmizə xarici investisiyaların cəlb olunması məqsədilə yerli və xarici investorlar arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.

İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyasının Bakı şəhərində təşkilinə dair iyulun 23-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzi və İƏGF Baş Qərargahı arasında əməkdaşlığa dair üçtərəfli Protokol imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və İƏGF-nin baş direktoru Rəsul Ömərov imzalayıblar.

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Bakı və Gəncənin bəzi ərazilərində qaz olmayacaq







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az