Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
18:37
567



Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən Santiaqo Mba Eneme Nsuqa 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda iştirak ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu ali ünvan sahibinə çatdırılması məqsədilə nazir Elmar Məmmədyarova təqdim edib.

Dəvətə görə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov məktubu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edəcəyini bildirib. Daha sonra nazir Elmar Məmmədyarov 2019-cu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Ekvatorial Qvineyadan yüksək səviyyəli nümayəndə heyətinin iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Bakı və Gəncənin bəzi ərazilərində qaz olmayacaq







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az