Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
20:39
513



“Coca-Cola” jurnalistləri təbrik etdi və “Bilirsinizmi?” səhifəsini təqdim etdi

Dünyanın ən iri sərinləşdirici içki istehsalçısı “Coca-Cola” Azərbaycanda Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayaraq onların peşə bayramlarını təbrik edib. “Park Cinema” kino zalında təşkil edilmiş tədbirə xəbər saytları, agentliklər və TV kanalların 30-dan artıq nümayəndəsi qatılıb.

Jurnalistlərlə görüşdə çıxış edən "Coca-Cola" şirkətinin Qafqaz Regionu üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev mətbuat nümayəndələrini bayram münasibətilə təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzu edib. Tədbir zamanı, həmçinin “Coca-Cola”nın “Bilirsinizmi?” onlayn səhifəsinin təqdimatı da keçirilib. “Bilirsinizmi?” səhifəsində “Coca-Cola” şirkəti haqqında maraqlı faktlar, məhsul haqqında tez-tez soruşulan suallar və eyni zamanda istehlakçılar arasında yayılan bəzi əsassız şayiələrə dolğun cavablar təqdim edilir.

“”Coca-Cola” şirkəti adından ölkə mediasını təmsil edən dostlarımızı Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Jurnalistlər hər zaman cəmiyyəti ictimai maraq kəsəb edən məsələlər, o cümlədən iqtisadi əhəmiyyətli mövzular haqqında məlumatlandırırlar. Ölkənin qeyri-neft sektorunda önəmli payı olan “Coca-Cola” şirkəti, onun məhsulları, istehsal fəaliyyətində yenilikləri, sosial layihələri haqqında insanlara doğru məlumatı çatdıran hər bir media qurumu və nümayəndəsinə dərin minnətdarlığımızı bildiririk”, – deyə şirkət nümayəndəsi vurğuladı. Elşad Fərzəliyev, həmçinin, mətbuat nümayəndələrinə yenicə istifadəyə verilmiş “Bilirsinizmi?” səhifəsinin “Coca-Cola” istehlakçıları arasında tanıdılması üçün göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın məşhur həkim-dietologu Tutu Zeynalova istehlakçıların suallarını cavablandıran və onları narahat edən bir sıra məsələlərə aydınlıq gətirən belə bir səhifənin hazırlanmasını müsbət addım kimi qiymətləndirib: “Hamımız bilirik ki, sərinləşdirici içkilər geniş istehlak edilən qida məhsuludur və istehlakçıların həmin məhsullarla bağlı həmişə sualları olur. “Coca-Cola” şirkətinin məsuliyyətli istehsalçı kimi istehlakçıları maraqlandıran və hətta narahat edən suallara dair belə maarifləndirici vəsait hazırlayıb təqdim etməsini alqışlayıram. Hesab edirəm ki, bu təşəbbüs ölkədə qida təhlükəsizliyi sahəsində maarifləndirmə işinə xidmət edir”.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Bakı və Gəncənin bəzi ərazilərində qaz olmayacaq







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az