AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
16:21
396



Polis gücləndirilmiş iş rejiminə keçir

Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Novruz bayramı günlərində əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə asayişi mühafizə tədbirlərinin və hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədi ilə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə post-patrul xidməti naryadlarının sayı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir - Yana Batırşina







Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər







Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüb -FOTO







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az