Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
17:00
930

07
Sen
17:00



Printerdə çap edilmiş 200 avronu bankda dəyişmək istədi - BAKIDA

Rəngli printerlər vasitəsilə saxta pul çap etmə hallarında artım müşahidə edilib.

Bakıda növbəti saxta banknot faktı qeydə alınıb. Bu dəfə paytaxt sakini saxta banknotu bankda dəyişmək qərarına gəlib.

Xeberoxu.Az xəbər verir ki, bu barədə oxu.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

"NBC Bank"ın Yasamal rayon filialında 36 yaşlı F.M. saxta 200-lük avronu dəyişməyə cəhd edib. Amma bankın əməkdaşları saxta banknotu dərhal aşkar edərək kişini saxlayıblar və onu 27-ci Polis Bölməsinə təhsil ediblər.

İlkin dindirmə zamanı F.M. banknotun saxta olduğunu bilmədiyini deyib.

Hazırda saxta banknotları yayan şəxsin axtarışları gedir.

Qeyd edək ki, saxta pul məsələsi bütün ölkələrdə var. Rəqəmsal texnologiyalar isə saxta banknotun keyfiyyətini artırmağa imkan verir. Saxta pul kəsənlər, əsasən, 100, 50 və 20 manatlıqlar çap edirlər.

Son dövrlər isə saxta 5 manatlıqların da olduğu barədə məlumatlar var.

Adətən, printerdə çap edilən saxta banknotu asanlıqla tanımaq mümkündür. Bunun üçün banknota diqqətlə baxmaq kifayət edir. Amma bu yaxınlarda Bakıda banklardan biri saxta pulu aşkar edə bilməyib və bankomat vasitəsilə müştəriyə verib.

Bu isə bazarda kifayət qədər keyfiyyətli saxta pulların dolaşdığından xəbər verir. Belə saxta banknotlar adi printerlə yox, başqa üsulla çap edilir və ölkənin maliyyə sistemi üçün təhlükəlidir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi







Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR







Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar







Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutulub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az