Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
04:00
873

10
Sen
04:00



Xüsusi Xidmət Orqanları Konfransı qlobal səviyyədə təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir - Arzu Nağıyev

Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi baxımından çox məhsuldar olub.

Bunu Xeberoxu.Az-a Bakıda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının əhəmiyyətini şərh edərkən politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyev qəbul etdi və görüşdə çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxundu:

“Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu gün dünyada baş verən proseslər, müxtəlif dövlətlərə olan təhdidlərin qarşısının alınması və bu məsələdə belə konfransların əhəmiyyəti ilə bağlı idi. Cənab Prezident iclas iştirakçılarına təbrik məktubu da ünvanladı. Təbrik məktubunda əsas məqamlara toxunan İlham Əliyev müasir dünyada sülhə və sabitliyə nail olmaq üçün hansı prioritet istiqamətlərdə işin vacib olduğundan, regional və qlobal təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətlərinin koordinasiya edilməsinin zəruriliyindən bəhs etdi. Cənab Prezident bir daha qardaş türkidilli ölkələrin əlaqələrinin möhkəmlənməsinin Azərbaycan üçün də xüsusi önəm kəsb etdiyini vurğuladı. Eyni zamanda, dövlət başçısı regional təhlükəsizliyin təmin edilməsi üçün ekstremizmin, terrorçuluğun, separatçılığın, qeyri-qanuni miqrasiyanın, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, transmilli cinayətkar qruplara qarşı mübarizənin daha da gücləndirilməsindən bəhs etdi".

Politoloq qeyd edib ki, cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, bu gun Azərbaycan və onun xüsusi xidmət orqanları beynəlxalq təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş olaraq qəbul edilir.

A.Nağıyev vurğulayıb ki, hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir: “Bu məqamlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin də çıxışında öz əksini tapdı. Diqqət çəkən məqamlardan biri də son iclaslarda müşahidəçi qismində iştirak edən Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidmətinin artıq konfransın daimi üzvü olması üçün müraciət etməsi oldu və bu da müsbət qarşılandı. Belə tədbirlərin təşkil edilməsi bir daha göstərir ki, bu gün istər qlobal, istər regional səviyyədə, istərsə də ölkələrin özlərinə qarşı yönələn təhdidlərin qarşısının alınması baxımından bu konfrans mühüm əhəmiyyətə malikdir”.

Qeyd edək ki, sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də müşahidəçi qismində Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli əməkdaşı iştirak edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az