Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Noy
2019
10:10
476

18
Noy
10:10



Daha beş komanda AVRO-2020-yə vəsiqə qazanıb

AVRO-2020-nin seçmə mərhələsində şənbə və bazar günü keçirilən qarşılaşmalarla daha beş komanda dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatının finallarına vəsiqə qazanıb.

XeberOxu.Az  Oxu.Az-a  istinasən xəbər verir ki, şənbə günü keçirilən qarşılaşmalardan sonra Almaniya, Hollandiya, Xorvatiya və Avstriya milliləri dörd ildən bir keçirilən qitənin ən ali yığma komanda turnirində iştirak etmək hüququ əldə edib.

Dünən isə Portuqaliya Lüksemburq səfərindən 2:0 qalib ayrılmaqla Ukraynanın ardından B qrupunun ikincisi kimi bu şansa nail olub.

Xatırladaq ki, daha öncə İngiltərə, Çexiya, Ukrayna, İspaniya, İsveç, Polşa, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya bu hüquqa yiyələnmişdi. Beləliklə, AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı 17-yə çatıb. 

Bu gün D qrupunda daha iki iştirakçının adına aydınlıq gələcək. Bunlardan birinin xalsız olan autsayder Cəbəlüttariqlə görüşən İsveçrənin olacağı ehtimal edilir. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq İrlandiya – Danimarka oyununun qalibi ikinci iştirakçını müəyyənləşdirəcək. Danimarkalılara heç-heçə də sərf edir.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az