Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Noy
2019
14:30
483

18
Noy
14:30



"Şahənşah" restoranında zəhərlənmə ilə bağlı toy sahibi danışdı: Bəyin vəziyyəti hələ normallaşmayıb

Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi detallar məlum olub.

XeberOxu.Az-ın məlumatına görə,  Bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib:

“İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Dayım oğlunun mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə, hələ də ev şəraitində müalicə alır”.

T. Məhəmmədov qeyd edib ki, qardaşı Elvinin

“Toydan bir gün sonra restoranla əlaqə saxladıq və baş vermiş hadisəni bildirdik, ancaq onlar "belə bir şey ola bilməz" dedilər. Toyda böyüklərdən başqa, uşaqlar arasında da zəhərlənmə olub, amma xoşbəxtlikdən onlarda ciddi pozuntu aşkarlanmayıb”.

Bəyin qardaşı əlavə edib ki, xəstələrin çağırışına gələn təcili tibbi yardım briqadası onların qidadan zəhərləndiklərini təsdiqləyib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.