Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Noy
2019
21:32
281

18
Noy
21:32



Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Çin nümayəndə heyəti Azərbaycan ilə Çin arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması ilə əlaqədar ölkəmizə səfərə gəlib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ramin Quluzadə Çinin Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin Baş direktoru Xu Yahuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilən yükdaşımalarında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələləri müzakirə edilib.

Qeyd edək ki, adıçəkilən işçi qrupunun yaradılması ilə bağlı razılıq Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 2019-cu ilin 28 fevral tarixində Pekin şəhərində keçirilmiş yeddinci iclası zamanı əldə olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az