Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Noy
2019
22:59
297

18
Noy
22:59



Azərbaycan Cənubi Koreya axtarış saytlarında ilk pillələrdə yer alıb

“Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın ən böyük axtarış platformaları olan “Naver” və “Daum”da ən çox axtarılan sözlər siyahısında ilk pillələrdə yer alıb.

XeberOxu.Az-ın məlumatına görə,  Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən bildiriblər. Cənubi koreyalılar tərəfindən Azərbaycana marağın artmasına ölkənin nüfuzlu “KBS” (Korean Broadcasting System) televiziya kanalında yayımlanan və populyar “Battle Trip” səyahət verilişinin Bakıda çəkilən proqramı səbəb olub.

Veriliş efirə getdikdən və “Youtube” kanalında yayımlandıqdan sonra Azərbaycan haqda onlayn axtarışların sayı çoxalıb.

Belə ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Battle Trip” səyahət verilişi oktyabr ayında Qobustan və oradakı palçıq vulkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi kimi turistlərin daha çox maraq göstərdiyi məkanlardan reportajlar hazırlayıb.

Azərbaycan mətbəxi ilə də yaxından tanış olan qonaqlar Bakıdakı yerli və xarici restoranlarda da çəkilişlər aparıblar və milli mətbəx nümunələri ilə tanış olublar.

Qeyd edək ki, 2016-cı ildən etibarən hər həftənin şənbə günləri efirə gedən “Battle Trip” əyləncəli səyahət şousu Cənubi Koreya vətəndaşlarının səyahət planlarına və seçimlərinə birbaşa təsir göstərir.

Cənubi Koreya Azərbaycanın turizm təbliğatı üçün yeni və prioritet bazarlardan biridir.

Burada ölkənin turizm təbliğatı Azərbaycan Turizm Bürosu tərəfindən intensiv olaraq həyata keçirilir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən cənubi koreyalı turistlərin sayı 8830 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 20.3% artım deməkdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az