Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Noy
2019
12:00
250

19
Noy
12:00



“UNEC-də 1 gün” layihəsinə yenidən start verildi

“UNEC-də 1 gün” layihəsi abituriyentlərə dəstək olmağa davam edir.

Yeni tədris ilinin ilk iştirakçıları Ceyranbatan qəsəbəsinin 1 saylı tam orta məktəbin X-XI sinif şagirdləri olub. Şagirdlərə bir günlük tələbə biletləri təqdim edildikdən sonra onlar istəklərinə uyğun olaraq “marketinq”, Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) isə “İngilis dili” dərsini dinləyiblər. Dərslərdən xoş təəssüratlarla ayrılan bir günlük tələbələr UNEC-də infoturda olublar. II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom və mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən bəhs olunub. Abituriyentlər UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, yeməkxana və akt zalları ilə tanış olublar.

“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43, 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az