Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Noy
2019
12:50
311

19
Noy
12:50



Almaniyada fobiyalar əmsalı azalıb

Almanlar daha çox terrorizmdən, Yaxın Şərq və Afrika ölkələrindən qaçqınların kütləvi immiqrasiyasının mənfi nəticələrindən, iqtisadiyyatın çöküşündən, son vaxtlar isə ABŞ Prezidenti Donald Trampdan qorxurlar. Almanların 56 faizi dövlətin böyük qaçqınlar ordusunun öhdəsindən gələ bilməyəcəyindən ehtiyat edir.

 XeberOxu.Az-ın məlumatına görə,  Almaniyanın ən iri sığorta şirkətlərindən biri olan "R+V"nin tədqiqatının nəticələrindən belə məlum olur.

"R+V" 1992-ci ildən başlayaraq ölkə sakinləri arasında onları ən çox qorxudan problemlər barədə sorğular keçirir, axı sığorta şirkətləri öz biznesini məhz insanların həyəcan və qorxuları üzərində qururlar.

Şirkətin məruzəsində bildirilir ki, 1994-cü ildən başlayaraq ilk dəfə almanlar arasında qorxu indeksi 39 faiz səviyyəsinə enib. Özü də söhbət Avropanın ən “fobiyalı” millətlərindən birindən gedir. 1920-ci illərin hiperinflyasiyası, başlanılmış və uduzulmuş iki dünya müharibəsi, zorakı köçürülmələr, soyuq müharibə illərində ölkənin iki yerə ayrılması – bütün bunlar XX əsrdə Almaniya cəmiyyətində qorxu və fobiyalar yaradıb.

Budur ilk dəfədir ki, qorxu indeksi belə aşağı səviyyəyə düşüb. Burada yaxşı iqtisadi konyunktur öz rolunu oynayıb. İşsizlik qorxusu 1992-ci ildən başlayaraq ən aşağı səviyyəyə enib. «R+V»nin tədqiqatları göstərir ki, Almaniyada ifrat dərədəcə şişirdilmiş qorxular yavaş-yavaş yoxa çıxır.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az