14 Avq 2019
07:26
![]() |
14
Avq 07:26
![]() Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib Hazırda Rusiya "Lokomotiv"inə rəhbərlik edən "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Aleksandr Nevski" ordeni ilə təltif olunub. XeberOxu.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb. 72 yaşlı mütəxəssis əvvəllər bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətləri qarşılığında Şərəf ordeni ilə mükafatlandırılıb. Onun adı "Lokomotiv"in Şərəf Xiyabanına salınıb. "Aleksandr Nevski" ordeni isə müxtəlif fəaliyyət sahələrindəki xüsusi xidmətlərə görə təqdim edilir. Qeyd edək ki, Aleksandr Syomin "Qəbələ"də 2013/2014 mövsümündə çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Moldova Bakıdakı səfirini geri çağırdı
Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək
Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |