RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



07 Iyul
2019
21:32
834



Portuqaliyanın iki tarixi abidəsi Ümumdünya İrs Siyahısına daxil edilib

İyulun 7-də Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işini davam etdirir. Plenar iclasda Dünya İrs Siyahısına təqdim edilən nominasiyalara baxılıb.

XeberOxu.az-ın məlumatına görə, iclası açan sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev hər kəsi salamladıqdan sonra bildirdi ki, ötən gecə dünya şöhrətli braziliyalı gitaraçı, bəstəkar, müğənni, bossa-nova musiqi janrının banisi Juan Julbertu vəfat edib. Sədr Braziliya nümayəndə heyətinə başsağlığı verdi. Tanınmış musiqiçinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra sessiyada gündəliyə uyğun olaraq Portuqaliyanın təklif etdiyi Mafra Kral sarayı kompleksi haqqında nominasiya faylının müzakirəsi başlandı. 1737-ci ildə inşası başa çatmış tarixi-memarlıq kompleks barədə məlumat verilib.

Dünya İrs Komitəsinin üzvlərindən Azərbaycan, Qvatemala, Uqanda, Tunis və başqa dövlətlərin təmsilçiləri təklifin düzgün hazırlandığını vurğuladılar, bir sıra tövsiyələri verdilər. Saray kompleksinin yaxşı vəziyyətdə saxlanıldığı qeyd edildi və Dünya İrs Siyahısına salınmasından sonra daha yaxşı qorunacağı vurğulandı. Qərar layihəsi tövsiyələr nəzərə alınmaqla qəbul edilib.

Müzakirəyə çıxarılan ikinci məsələ də Portuqaliyadakı dini-mədəni məkan – Braqa şəhəri yaxınlığındakı müqəddəs İsa dağı ziyarətgahı (Sanctuary of Bom Jesus do Monte) ilə bağlı idi. İCOSOM məruzəçisi nominasiya haqqında məlumat verərək bildirdi ki, altı əsr əvvəl dağın zirvəsində inşa edilmiş kilsə və onun bufer zonasında iyirmi ildir ki, bərpa və konservasiya işləri davam edir.

Məruzədən sonra üzv dövlətlərin nümayəndə heyətləri müzakirəyə başladılar. Braziliya, Tunis, Zimbabve, İspaniya, Azərbaycan, Tanzaniya, Qvatemala və digər ölkələrdən çıxışçılar ziyarətgahın yerləşdiyi məkanın təbii şəraitin də qiymətləndirilməsinin vacibliyini qeyd etdilər.

Nümayəndə heyətlərinin təklifləri qərar layihəsində nəzərə alınaraq düzəlişlər olundu və abidənin Dünya İrs Siyahısına salınması barədə qərar qəbul edildi.

Portuqaliya nümayəndə heyəti sessiyaya minnətdarlığını bildirdi, hər kəsi tolerantlığın hakim olduğu Braqa ziyarətgahına dəvət etdi.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az