RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



08 Iyul
2019
19:29
627



Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Azərbaycan avarçəkənləri Beynəlxalq Kanoe İttifaqının himayəsi ilə İtaliyanın Auronso di Kadoro şəhərində keçirilən kayak və kanoe üzrə beynəlxalq turnirdə 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən XeberOxu.az-a bildiriblər ki, U-16, yeniyetmələr və gənclər kateqoriyalarında təşkil olunan turnirə 15 ölkədən 600-dən çox idmançı qatılıb. Azərbaycanı turnirdə təmsil edən beş idmançımız 200, 500 və 1000 metr məsafələrə yarışlarda mübarizə aparıb.

Avarçəkənlərimizdən Vadim Hüseynov (1999) 1000 metr məsafəyə kanoe yarışında üçüncü yeri tutub. Malxaz Çinçaraşvili (1997) isə 1000 və 500 metr məsafələrə kanoe yarışlarının qalibi olub. O, 200 metr məsafəyə yarışda isə üçüncü yerlə kifayətlənib. Hər iki idmançı cütlüklərin yarışında iki qızıl və bir bürünc medal qazanıblar. Belə ki, 1000 və 500 metr məsafələrə yarışlarda qalib gələn təmsilçilərimiz 200 metr məsafə üzrə mübarizədə üçüncü yeri tutublar.

Yeniyetmələrin yarışında çıxış edən Cumber Çxutiaşvili (2002) 200 metr məsafəyə kayak yarışının qalibi adını qazanıb.

On altı yaşadək avarçəkənlərin mübarizəsində isə Tofiq Bayramov (2004) 500 metr məsafəyə kayak yarışında qalib gəlsə də, 200 metr məsafəyə yarışda ikinci olub. Gülnarə Həmzəyeva (2006) də eyni nəticəni göstərərək qızıl (500 m) və gümüş (200 m) medallara layiq görülüb. Yarışın ən gənc iştirakçısı olan G.Həmzəyevə 2003-cü və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib.

Beləliklə, avarçəkənlərimiz beynəlxalq turnirdə üç məsafə üzrə kanoe və kayak yarışlarında Azərbaycanın aktivinə 7 qızıl, 2 gümüş və 3 bürünc medal qazandırıblar.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az