RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



09 Iyul
2019
16:29
636



Yeniyetmə və gənc karateçilər Xorvatiyada 6 medal qazanıblar

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Xorvatiyanın Umaq şəhərində 12-21 yaşlılar arasında Dünya Karate Federasiyasının (WKF) Kuboku turnirini, eyni zamanda Gənclər Liqası yarışını 2 qızıl, bir gümüş və 3 bürünc medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasından XeberOxu.az-a verilən məlumata görə, Gənclər Liqasında yarışın son günü Hüseyn Məmmədlinin (-61 kq, 16-17 yaşlı gənclər) qazandığı gümüş medalla, idmançılarımızın mükafatlarının sayı 6-ya çatıb. Əvvəlki günlərdə isə Ramil Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) və Sultan Hüseynov (-55 kq, 16-17 yaşlı gənclər) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

WKF Kubokunda 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) və Hümmət Baxşəliyev (-67 kq) qızıl medala, Fidan Teymurova (-50 kq) isə gümüş mükafata sahib olub. Yeniyetmə və Gənclər milli komandasının baş məçqisi Anar Allahverdiyev payız aylarında Çilidə Dünya çempionatına hazırlıq baxımından nəticəni uğurlu hesab edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az