RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



09 Iyul
2019
18:28
501



İndoneziyalı qonaqlar AzMİU-da

Bu gün İndoneziyanın Tarumaneqara Universitetinin Memarlıq fakültəsindən gələn böyük bir nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub, universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

AzMİU-dan XeberOxu.az-amizdəki səfiri professor Hüsnan Bəy Fanani, AzMİU-nun prorektorları, Xarici əlaqələr şöbəsinin müdiri və əməkdaşları iştirak edib.

Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib, universitetin tarixindən, fakültə və ixtisaslarından danışıb, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün görülən işlərdən söz açıb. Rektor iki universitet arasında əməkdaşlıq perspektivlərinə də toxunub, müxtəlif istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Rektorun çıxışından sonra AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev universitet haqqında tanıtım filmini təqdim edib.

Nümayəndə heyətinin rəhbəri, Tarumaneqara Universitetinin professoru Haydir Ənvər Makarim təmsil etdiyi təhsil ocağının rəhbərliyi adından minnətdarlığını bildirib, görüşün çox məhsuldar keçdiyini və iki universitet arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirib. Səfir H.B.Fənani də universitetlər arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələn köməklik edəcəyini vurğulayıb. Görüşdə iştirak edən digər qonaqlar da səfər təəssüratlarını paylaşıb, ölkəmiz, Bakı, memarlıq abidələri və s. haqqında maraqlı fikirlər səsləndiriblər.

Qarşılıqlı söhbətlər, maraqlı müzakirələrdən sonra qonaqlar universitetlə tanış olub, imtahan zallarına baş çəkib, memarlıq fakültəsini gəziblər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az