RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



09 Iyul
2019
19:31
516



BDU-nun kitabxana və nəşriyyatının problemləri müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Elmi kitabxana və "Bakı Universiteti" nəşriyyatının kollektivi ilə görüşüb.

BDU-dan XeberOxu.az-a verilən məlumata görə, universitetin cari və perspektiv fəaliyyət proqramından danışan rektor tədrisin keyfiyyətinin artırılması və elmi-tədqiqat işlərinin gücləndirilməsi istiqamətində aparılan işlərə təkan olaraq kitabxana və nəşriyyat işinin yenidən qurulacağını diqqətə çatdırıb.

Kitabxana işinin təşkili sahəsində dünyada ciddi dəyişikliklərin baş verdiyini vurğulayan rektor elektron kitabxana və bu sahədə yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Rektor elektron kitabxananın müasir dövrün tələbi olduğunu xatırladaraq onun insanların informasiya əldə etməsi üçün zaman və məkan asılılığına son qoyduğunu bildirib. Görüşdə tələbə və müəllimlərin kitabxanadan daha səmərəli istifadə etmələri üçün iki növbəli iş rejimi və elmi nəşrlərə abunəliklə bağlı müzakirələr aparılıb.

"Bakı Universiteti" nəşriyyatının yeni poliqrafik avadanlıqlarla təchiz olunacağı, daha keyfiyyətli mətbəənin qurulacağı barədə də müzakirələr aparılıb.

Rektor Elçin Babayev kollektivin birgə əməyi nəticəsində kitabxana və nəşriyyat işi sahəsində işləri daha da yaxşılaşdırmaq və standartları yüksəltmək üçün birgə görüləcək işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, görüşlərin davamlı olaraq digər strukturlarda da keçirilməsi nəzərdə tutulub.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az