RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



10 Iyul
2019
11:00
378



Nazirlik: Qaz təchizatı sahəsində 51 layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib

2019-сu ilin 6 ayı ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrinə qoşulması üçün verilmiş texniki şərtlər əsasında enerji təchizatı üçün hazırlanmış 124 layihə razılaşdırılıb.

Nazirlikdən XeberOxu.az-a verilən məlumata görə, qaz təchizatı sahəsində isə 2219 sayda idarə və müəssisələrin layihə-smeta sənədləri ekspertiza olunaraq qeydiyyata alınıb. Aşkar olunmuş uyğunsuzluqlara görə 51 sayda layihə-smeta sənədinin qeydiyyata alınmasından imtina edilib.

Hesabat dövründə Agentlik tərəfindən istehlakçıların elektrik qurğularına ümumi gücü 20809.55 kVt və 206685 kVA olmaqla 142 sayda (43 ədədi 0.4 kV-luq şəbəkədən, 99 ədədi isə yüksək gərginlikli şəbəkədən) istismara buraxılış aktı verilib. 359 sayda razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu həyata keçirilib. Yol verilmiş nöqsanlara, əsasən, qaz xətlərinin layihəyə uyğun çəkilməməsinə, qaz qurğu və avadanlıqların tam quraşdırılmamasına görə 170 sayda qaz qurğusu isə istismara qəbul edilməyib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az