RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



10 Iyul
2019
13:46
435



Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi arasında imzalanmış “Birgə Fəaliyyət Haqqında” müqaviləyə əsasən Azərbaycanda "PostPay" adlı yeni elektron pul kisəsi istifadəyə verilib.

XeberOxu.az-ın məlumatına görə, yeni sistemin fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, ödəniş sisteminin və istifadəçilər üçün təhlükəsizlik tədbirlərinin aparılması, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb.

“PostPay” layihəsinin “Azərpoçt”la birgə həyata keçirilməsi bu brendin əhatə dairəsinin sürətlə genişlənməsinə imkan yaradacaq. Belə ki, ölkənin bütün bölgələrində, ucqar kəndlərində mövcud olan poçt məntəqələri “PostPay”i vətəndaşlar üçün daha da əlçatan edəcək. Həmçinin, “Azərpoçt”da aparılan nağd əməliyyatların da bundan sonra “PostPay” üzərindən həyata keçiriləcəyi gözlənilir.

“Postpay” elektron pul kisəsinin "Android" sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiqi də vətəndaşların istifadəsinə verilib. Bu tətbiqi “PlayStore”dan yükləmək olar.

“PostPay”in əsas menyusu “Balansın artırılması”, “Nağdlaşdırma”, “Pul köçürmələri”, “Ödəmələr”, “Mal və xidmətlərin dəyərinin ödənişi (dinamik QR kod)” və “Balans” bölmələrindən ibarətdir. Ondan istifadə son dərəcə sadədir.

“PostPay” istifadəçiləri balanslarını ödəmə terminalları, bank kartları, digər elektron pul kisələri və poçt şöbələri vasitəsilə artıra bilərlər.

“PostPay”in digər elektron pul kisələrindən əsaslı fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarının həyata keçirmək imkanını istifadəçilərinə təqdim etməsidir. Poçt vasitəsi ilə balansı artırmaq üçün istifadəçi “Azərpoçt”un filialına yaxınlaşmalı və əməliyyatçıya “PostPay” hesab nömrəsini təqdim etməlidir. Nağdlaşdırma etmək üçün isə istifadəçi əvvəlcə hesab nömrəsini və istədiyi məbləği əməliyyatçıya təqdim edir. Əməliyatçı proqram təminatı vasitəsi ilə hesabı yoxlayır və PİN kodu tələb edir. Təqdim edilən kod doğru olarsa əməliyyat uğurla həyata keçirilir və istifadəçiyə uğurlu əməliyyat haqqında bildiriş göndərilərək vəsait ödənilir.

“PostPay” vasitəsilə digər “PostPay” istifadəçisinə, başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, poçt şöbəsində təqdim olunan kod qarşılığında, eləcə də beynəlxalq pul köçürmə sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmələri həyata keçirmək mümkündür.

“PostPay” istifadəçiləri ödəmələr bölməsində geniş xidmətlər siyahısına malikdirlər. Belə ki, mobil operatorlara ödənişlər, komunal xidmət haqları, gömrük rüsumları və s. bir sıra bu tip ödəmələri təhlükəsiz və rahat şəkildə həyata keçirə biləcəklər.

“PostPay”, istifadəçilərinin rahatlığını, həmçinin müasir ödəmə funksiyalarından istifadəni təmin etmək məqsədilə QR kodla ödəmə imkanını da yaradır. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış veriş edən “PostPay” istifadəçisi tətbiqdən QR kod vasitəsilə ödəmə funksiyasını seçərək ödəmələrini həyata keçirə bilər.

“PostPay” istifadəçiləri bu bölmə vasitəsilə istədikləri zaman hesab qalığı, hesabdan çıxarış, link edilmiş kartların qalığı ilə tanış ola, qruplaşdırılmış analiz çıxarışlarını əldə edə bilər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az