RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



10 Iyul
2019
14:15
387



STP Azərbaycan istehsal sənayesi üçün gənc mütəxəssislərin yetişməsinə xidmət edir

Azərbaycanın ən böyük iş yerlərindən birinə sahib olan Sumqayıt Texnologiyalar Parkı minlərlə insan üçün iş imkanı yaradır. Sumqayıt üzrə ən yüksək orta aylıq əməkhaqqı göstəricisinə malik Texnopark əmək bazarında böyük maraqla izlənilir. Bu da müəssisəyə bacarıqlı və təcrübəli kadrların cəlb olunmasına imkan yaradır.

Bunlarla yanaşı, STP yetişməkdə olan gələcək nəslin və istehsal sənayesinin inkişafı istiqamətində öz məsuliyyətini hiss edir və gənc mütəxəssislərin hazırlanması və inkişafında da əvəzsiz işlər həyata keçirir.

Belə ki, Texnopark 2019-cu ilin ilk 6 ayı ərzində tələbə-təcrübəçilərin istehsalat təcrübəsinin, öyrənmə prosesinin təşkil olunması məqsədi ilə təhsil müəssisələri ilə sıx əməkdaşlıq edib. Əməkdaşlıq hazırda da davam etməkdədir. Şirkətin fəaliyyət istiqamətlərinə müvafiq olaraq aidiyyəti sahələr üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili ölkəmizin gələcək işçi ehtiyatının böyüməsinə və gənclərin düzgün istiqamətdə inkişafına öz töhfəsini verməkdədir.

2019-cu ilin fevral-iyun aylarını əhatə edən layihədə ADA, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti kimi ali təhsil ocaqları başda olmaqla 7 adda təhsil müəssisəsindən ümumilikdə 104 nəfər tələbə STP-də istehsalat təcrübəsi keçib. Layihədə əsasən 4-cü kurs tələbələri iştirak edib. Onlar təcrübə müddətində iş prinsiplərini öyrənməklə yanaşı, korporativ mədəniyyət, təşkilati dəyərlər, əməyin təhlükəsizliyi, iş yerində davranış qaydaları kimi mühüm məlumatları da mənimsəyiblər. Layihə çərçivəsində fərqlənən 45 nəfər tələbəyə sertifikatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, bu cür təcrübə proqramları dövrü xarakterlidir və daim yeni tələbələrin hazırlanması ilə müşayiət olunmaqdadır. Hazırda isə 2019-cu ilin ikinci yarısını əhatə edən təcrübəçi proqramları davam etdirilir.

Əlavə olaraq STP öz fəaliyyətinə gənc, bacarıqlı və savadlı insanları cəlb etmək və onların iş prosesində inkişafını təşkil etmək üçün “Təlim-İş” təcrübə proqramı da həyata keçirməyə başlayıb. Bu təcrübə proqramına əsasən sonuncu kurs bakalavriat və magistratura tələbələri və təhsilini yeni başa vurmuş məzunlara STP-də çalışaraq öyrənmək, təcrübə qazanmaq və STP-də işləmək imkanı yaradır. Proqram 3-6 ay davam edir və şirkətin ofis və zavodlarının işçi tələbindən asılı olaraq müxtəlif vakansiyalar üzrə həyata keçirilir.

Qeyd edək ki, aprel ayında start verilən Təlim-İş layihəsinə yüzlərlə gənc müraciət etmişdi. Bu müraciətçilərin də içindən 50 nəfər seçilərək may ayında imtahana dəvət olunmuşdu. İmtahanların nəticəsinə uyğun olaraq Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetlərindən ümumilikdə 15 nəfər gənc STP-nin Konstruktor-Texnoloji, SƏTƏM və Keyfiyyətə Nəzarət departamentlərinə və Kabel Zavodu, Mexaniki Emal Zavodlarına işə götürülüblər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az