RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyul
2019
02:30
267



Azərbaycanlı sahibkarlar Bağdadda keçiriləcək sərgiyə dəvət aldılar

İraqın Ticarət Nazirliyində Ticarət Otağının nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirildi.

XeberOxu.az-ın məlumatına görə, Mahmud Abdullah Cabbar Alaiti ölkəsinin, xüsusən də Divaniyə Ticarət Otağının azərbaycanlı sahibkarlarla işbirliyinə böyük önəm verdiyini vurğuladı. Konfederasiya barədə məlumat verən vitse-prezident Vüqar Zeynalov İraqda iqtisadiyyatın dirçəlməyə başladığını və Azərbaycanın bu ölkəyə məhsul ixrac etmək üçün böyük potensiala malik olduğunu vurğuladı.

Mahmud Abdullah Cabbar Alaiti İraqın neft, əczaçılıq, tamat pastasına böyük ehtiyacı olduğunu dedi və bütün sahələrdə Azərbaycanla işləməyə hazır olduqlarını bildirdi: “Azərbaycan-İraq Biznes Mərkəzi yaratmağı təklif edirik. Müştərək sərgilər keçirməyə, rəsmi dövlət qurumu və mərkəz formatında işləməyə hazırıq”.

Nümayəndə heyətinin açıqlamasına görə, İraqda 500 milyon hektar əkinə yararlı sahə var və onlar istifadə edilmir. İraq son müharibələrdən sonra bütün müəssisələrini faktiki olaraq itirib və hazırda dünyanın ən böyük idxalçı ölkəsidir. Dövlətin neft gəlirləri il ərzində 125 milyard dollar təşkil edir və artıq İraq əhalisinin gəlirləri artıb. Bu isə ixracatçılar üçün çox sərfəlidir.

Azərbaycanın İraq üçün ixracatçı kimi maraqlı olduğunu vurğulayan qonaqlar logistika baxımından məhsulların daşınmasının ucuz başa gəldiyini qeyd etdilər.

ASK Beynəlxalq Şöbəsinin təşkil etdiyi görüşdə azərbaycanlı sahibkarlar 2019-cu ilin noyabrında Bağdadda keçiriləcək sərgiyə dəvət olundular və məlumat verildi ki, sahibkarların iştirak etməsi üçün İraq tərəfi bütün məsələləri həll edəcək.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az