RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyul
2019
11:37
594



Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağlayıb

Bu günlərdə Gənc Tamaşaçılar Teatrı mövsümün son tamaşasını teatrsevərlərə təqdim edib.

Teatrdan XeberOxu.az-a verilən məlumata görə, tamaşadan əvvəl teatrın əməkdaşı Ötkəm İskəndərov ötən mövsüm ərzində qazanılan uğurlardan, görülən işlərdən danışıb:

“Bu gün mövsümün son tamaşasını izləyəcəksiniz və geriyə baxanda biz bu müddətdə necə uğurlar qazandığımızı görürük. Əlbəttə ən böyük uğurumuz odur ki, teatrımızın 90 illik yubileyi çox böyük təntənə ilə keçib. Ölkə Prezidentinin Sərəncamı ilə bir neçə əməkdaşımız fərxri adlara, ordenlərə layiq görülüb. Həmçinin bu mövsümdə teatrımızda 8 yeni tamaşaya quruluş verilib. Həm uşaqlar, həm də böyüklər üçün olan bu yeni tamaşalar böyük maraqla qarşılanıb. Hal-hazırda da Xalq artisti Cənnət Səlimova Mirzə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinə quruluş verir. Əməkdar artist Nicat Kazımov isə “Sindibadın sərgüzəştləri” tamaşasını uşaqlar üçün hazırlayır ki, bunları da yeni mövsümdə tamaşaçılarımıza təqdim edəcəyik. Eyni zamanda ötən il ölkə Prezidentinin yaradıcı adamlarla görüşməsi, teatr işçilərinin maaşlarının 50 faiz artırılması, üstəgəl teatrlara maddi yardımın ayrılmasını da xüsusi qeyd etməliyəm. Bütün bunlar yaradıcı adamlara stimul verən məsələlərdir.”

Daha sonra İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunub. İki hissəli tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova canlandırırlar.

16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə əks etdirir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbrlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil.

Qeyd edək ki, sentyabr ayında teatr mövsümü Füzulinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az