RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyul
2019
11:39
591



Tanınmış çex animasiya kinorejissoru Filip Poşivaç İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatını hazırlayıb

Tanınmış çex animasiya kinorejissoru Filip Poşivaç İkinci ANİMAFİLM Bakı Beynəlxalq Festivalının plakatını hazırlayıb.

XeberOxu.az-ın məlumatına görə, festivalın direktoru Rəşid Ağamalıyev deyib ki, plakatda iki çex ayı balası təsvir olunub:

“İkinci festivalın mövzusu çex animasiyasına həsr olunduğundan, biz plakatın hazırlanmasını tanınmış çex animasiya rejissoru Filip Poşivaçadan xahiş etmək qərarına gəldik.

Onunla əməkdaşlıq eləmək bizim üçün böyük şərəfdir. Filipin təkrarolunmaz üslubu var, düşünürəm ki, təsvirə çex animasiyasına məxsus oynaqlığı dəqiq ötürə bilib".

Özünün izləyiciləri ilə paylaşan Filip Poşivaç özünün İnstagram səhifəsində ikinci festivalın mövzusu çex animasiyasına həsr olunduğunu qeyd edib: “Azərbaycana hansı motivi göndərəcəyimi götür-qoy edərkən, mənim Kolin şəhərindən olan keçmiş ayı-favoritlərim qalib gəldilər”, – Filip “Ey, cənab, gəlin oynayaq!”. O, həmçinin qeyd edir ki: “Mən ANİMAFİLM festivalının vizual həllini tapanda böyük sevinc hissi keçirdim”.

Festivalın direktoru plakatın qrafik dizaynını gənc və istedadlı Azərbaycan rəssamı Nəzrin Əlizadənin hazırladığını söyləyib.

R.Ağamalı İkinci beynəlxalq ANİMAFİLM festivalı bu ilin 18-20 oktyabr tarixində Bakıda keçiriləcəyini, müsabiqə proqramından başqa tamaşaçıları klassik çex animasiyasından ibarət müsabiqədənkənar zəngin proqram da gözlədiyini vurğulayıb. Bildirib ki, poqramı beynəlxalq jürinin tərkibinə də daxil olan çex dramaturqu Miroslava Yaniçatova tərtib edib.

Sonda onu da qeyd edək ki, çex proqramı barədə daha ətraflı məlumat yaxın vaxtlarda festivalın rəsmi www.animafilm.az saytında dərc olunacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az