RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyul
2019
00:36
483



Komitə sədri: Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb

Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda İslama qarşı qərəzli mövqeyi bu ərazidə İslama aid mədəniyyət nümunələrinin tədricən məhvinə səbəb olub.

XeberOxu.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunda deyib.

Onun sözlərinə görə, İslam Qafqazda yayıldığı dövrdə İrəvan xanlığında (hazırkı Ermənistan ərazisi) da məscidlər olub. Hesablamalara əsasən, Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb.

M.Qurbanlı əlavə edib ki, sovet dövründə dinə qarşı olan təzyiqlər bu sahədə bir boşluq yaratmışdı, islami dəyərlər, dinlə bağlı fikirlər arxa planda idi:

"Qafqazda İslam sivilizasiyasının yayılmasında Qafqaz Müsəlmanları İdarəsinin özünəməxsus rolu olub. Lakin bu proses yalnız müstəqillik illərindən sonra geniş həyata keçirilməyə başlanılıb. Azərbaycan müstəqilliyini yeni əldə edəndə ölkədə yalnız 17 məscid fəaliyyət göstərirdi. İndi isə Azərbaycanda 2500-dən çox məscid var".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az