Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Iyul
2019
01:18
909



Deputat: Bu görüşün Azərbaycana etibar edilməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir

Bakının növbəti dəfə güc mərkəzlərinin görüşü üçün məkan seçilməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir.

Bunu XeberOxu.az-a Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Eldəniz Səlimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında keçirilən görüşü şərh edərkən deyib.

Deputat xatırladıb ki, Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu halda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

E.Səlimov vurğulayıb ki, Azərbaycan sabit və stabil bir ölkə kimi dünya əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: "NATO və Rusiya Federasiyası təmsilçilərinin Bakıda görüşməsi, bu tədbirin Azərbaycana etibar edilməsi bir daha ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Bu gün ölkəmizdə mühüm beynəlxalq görüşlərin, mərasimlərin keçirilməsinin əsas səbəblərindən biri möhtərəm Prezidentimiz İlham Əliyevin şəxsi nüfuzu və beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsidir".

Qeyd edək ki, ötən gün Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüş keçirilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az