RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyul
2019
01:18
339



Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində (DGK) Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib.

DGK-dən XeberOxu.az-a verilən məlumata görə, Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin, Komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərlərinin, Alman- Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann və palata üzvlərinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsindəki yeniliklərlə bağlı məsələlər müzakirə edilib.

S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verərək bildirib ki, artıq ölkəmizdə ən müasir texnologiyalara, innovativ yeniliklərə, modern infrastruktura, çevik idarəçilik mexanizminə malik, nəzarətdən-xidmətə fəlsəfəsi əsasında fəaliyyət göstərən gömrük xidməti formalaşıb.

Vurğulanıb ki, həyata keçirilən islahatlar çərçivəsində vətəndaş-məmur təması minimuma endirilib, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Görülən işlərin nəticəsi olaraq istər fiskal, istərsə də hüquqpozmalara qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub.

O da qeyd edilib ki, cari ilin fevral ayından etibarən tətbiq edilən "Yaşıl Dəhliz" buraxılış sistemi idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, sahibkarların vaxt və vəsait itkisinin azaldılmasına münbit şərait yaradıb.

S.Mehdiyev gömrük sistemində informasiya texnologiyalarından geniş şəkildə istifadə edildiyini, artıq blokçeyn texnologiyasının reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, eyni zamanda, yaxın vaxtlarda tətbiq ediləcək yeni layihə hesabına vətəndaşların və avtomobillərin internet vasitəsilə elektron qaydada növbə götürərək sərhəd-buraxılış məntəqələrini vaxt itirmədən, sürətli şəkildə keçməsinin təmin olunacağını diqqətə çatdırıb.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann səmimi görüşə görə təşəkkürünü bildirib, mövcud əlaqələrdən məmnunluqla bəhs edib. Palata sədri gömrük sistemində aparılan islahatların beynəlxalq ticarətin inkişafına, sərhədkeçmə proseslərinin və gömrük prosedurlarının asanlaşdırılmasına şərait yaratdığını vurğulayıb və təmsil etdiyi qurumla Azərbaycan gömrük orqanları arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini önə çəkib.

Diskussiya şəraitində keçirilən görüşdə palata üzvlərinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az