RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyul
2019
01:27
465



Kredit Bürosunda kredit təşkilatlarının keçirdiyi sorğuların sayı 37 faiz artıb

İyunun sonuna olan məlumata əsasən Azərbaycan Kredit Bürosu ilə müqavilə imzalamış təşkilatların sayı 126-ya çatıb.

Bürodan XeberOxu.az-a verilən məlumata görə, hesabat dövrü ərzində 6 yeni təşkilat, o cümlədən 1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanıb və Büro sisteminə inteqrasiya edilib.

2019-cu ilin ilk yarımili ərzində Büronun sistemindən 30 bank və 40 BOKT istifadə edib. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 1,301,606 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 37 faiz çoxdur. Qeyd edək ki, 2018-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 952,987 sorğu yerinə yetirilmişdir.

Büroda aparılmış sorğuların 1,162,865-i (və ya 89%-i) banklar, 138,741-i (və ya 11%-i) isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.

Büronun skorinq xidmətindən isə 6 ay ərzində ümumilikdə 851,607 sayda istifadə qeydə alınmışdır ki, bu da ümumi sorğuların 65%-ni təşkil etmişdir.

Qeyd olunan dövr ərzində 13,827 şəxs Büroya müraciyyət edərək öz kredit hesabatlarını əldə etmişdir. Müraciət etmiş şəxslərin 13,751-i (və ya 99,5%-i) fiziki, 76-i (və ya 0,5%-i) isə hüquqi şəxslər olub.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az