Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



30 Iyul
2019
19:37
3696

30
Iyul
19:37



Qubada tutulan şəxslərin digər cinayətləri də üzə çıxdı

Quba RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etdiklərinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XeberOxu.az-a verilən məlumata görə, dəstə üzvləri olan Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyevin, 33 yaşlı Sadət Azadovun, 31 yaşlı Təhməz və 38 yaşlı Əkbər Dadaşovların ətraflarında aparılan istintaq tədbirləri nəticəsində onların daha yeddi rayonda analoji cinayətlər törətdikləri məlum olub.

Adıçəkilən şəxslər cari ilin iyul ayının müxtəlif vaxtlarında Ağsu, İsmayıllı, Hacıqabul, Qaradağ, Qobustan, Sabirabad və Şamaxı rayonlarında yerləşən fərdi yaşayış evlərinə, aptek və mağazala qanunsuz daxil olaraq, oradan nağd pul, müxtəlif növ içkilər, tütün məmulatları və telefon aksesuarları, eləcə də Qaradağ rayonunda yerləşən mağazaların birində olan iki ədəd ödəmə terminalı və seyfdən 12000 manata yaxın pulu oğurlamaqla, ümumilikdə zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar.

Həmin şəxslərin ətrafında istintaq hərəkətləri davam etdirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az