AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





18 May
2019
12:32
387



Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər

Azərbaycan gənclər təşkilatlarının bu gün bütün dünyanı narahat edən dayanıqlı inkişaf üzrə səylərini birləşdirməsi bizi məmnun edir.

Xeberoxu.az-ın məlumatına görə, bunu Baş Nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan əhalisinin 45 faizi yaşı 30-adək olanlardır. Gənclərin səylərini ortaya qoyması onu göstərir ki, Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər: "Dünyada qlobal iqlim dəyişikliyi, aclıq, qeyri-bərabərsizIik, məşğulluq, əhalinin artması ilə bağlı ortaya çıxan problemləri aradan qaldırmaqla bağlı çox ciddi cağırışlar var. Azərbaycan hökuməti bu məsələyə çiddi yanaşır, dünyanın 2030-cu ilədək dəyişməsi üçün üzərinə düşən işləri yerinə yetirir".

Onun sözlərinə görə, problemlərin həlli üçün addımların atılması daha çox gənclərin gələcək həyatı ilə bağlıdır: "İşsizlik problemlərinin həlli bilavasitə gənclərin həyatı ilə bağlıdır. Bu baxımdan gənclər qlobal layihənin həyata keçirilməsində maraqlı olmalıdırlar. Onlar 2030-cu ilədək ayrı-ayrı ölkələrin həyatında mühüm rol oynayacaqlar".

Ə.Əhmədov əlavə edib ki, 2030-cu ilədək bir çox problemlərin həlli üçün səylər göstərilməlidir: "Hazırda dünyada 7,5 milyard insan var. 2030-cu ildə əhalinin sayı 1 milyard nəfər artacaq. Dünya əhalisinin artımının 80 faizindən çoxu Afrika və Asiya qitələrinin payına düşəcək. Əhalinin artımı dünya əhalisinin köç problemini də aktual edir. Bununla yanaşı, iş yerlərinin sayı da buna uyğun olaraq sürətlə artmır. Bu da əlavə problem yaradır".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər







Nazir: Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub







Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi







Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az