AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Mart
2019
01:41
441



Səfir: Argentina Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Serxio Osvaldo Perez Qunellanı qəbul edib.

XİN-dən Xeberoxu.az-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanla Argentina arasında münasibətlərin inkişaf etdiyini qeyd edərək, gələcəkdə tərəflər arasında əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu diqqətə çatdırdı. Xüsusilə iqtisadi, ticarət və turizm kimi sahələrdə əlaqələrin irəli aparılması baxımından perspektivlər mövcud olduğu vurğulandı.

Cari ilin oktyabr ayında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci sammitinə Argentina Respublikasını müşahidəçi qismində dəvət edildiyini vurğulayan nazir Elmar Məmmədyarov bu tədbirdə Argentina tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar oduğunu qeyd etdi.

Səfir Serxio Osvaldo Perez Qunella ölkəsinin bütün sahələrdə xüsusilə iqtisadi müstəvidə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ticarət əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov Argentina səfirinə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Səfir Serxio Osvaldo Perez Qunella etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib







Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub







Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib (YENİLƏNİB)







Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib -FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az