Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə








10 Fev
2019
10:56
207



Səfir Litzenberqer ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olub

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqer Vaşinqton şəhərində fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olub. Tədbirdə Ticarət Palatasının üzv və tərəfdaş şirkətləri, eləcə də ABŞ Administrasiyasının, o cümlədən Dövlət Departamentinin və digər dövlət qurumlarının rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, biznes və analitik dairələrin nümayəndələri iştirak ediblər.

XeberOxu.az-ın məlumatına görə, tədbiri açan Palatanın icraçı direktoru Natiq Baxışov səfir Erl Litzenberqeri salamlayıb və onu yeni təyinatı münasibətilə bağlı təbrik edib.

Ticarət Palatasının Direktorlar Şurasının üzvü, “BP Amerika” şirkətinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Robert Şer BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaş olduğunu, Azərbaycanın ölkə rəhbərliyinin siyasəti nəticəsində uğurla inkişaf etdiyini və ABŞ-ın bundan sonra da Azərbaycanın inkişafına dəstək verməsinin əhəmiyyətini vurğulayıb. O, gələcəkdə də iki ölkə arasında ticarət münasibətlərinin inkişafına inandığını bildirib. R.Şer amerikalı səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar diləyib.

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta ölkəmizdəki diplomatik fəaliyyəti barədə danışıb, Azərbaycanın ABŞ üçün regionda əsas strateji tərəfdaş olduğundan bəhs edib. O, Azərbaycanda səfir olduğu müddətdə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyindən fəxr etdiyini bildirib.

Daha sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Litzenberqerin fəaliyyətinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə, hazırda ölkələrimiz arasında münasibətlərdə mövcud olan pozitiv dinamikanın amerikalı diplomat tərəfindən daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. “Azərbaycanın təşəbbüsü ilə keçirilən irimiqyaslı beynəlxalq layihələr Cənubi Qafqaz regionunun iqtisadi inkişafına səbəb olub. Azərbaycan Gürcüstana və Türkiyəyə, eləcə də digər dövlətlərin iqtisadi inkişafına töhfələr verir. Bu inkişaf və rifahın bir hissəsi olmaq üçün Ermənistan sülhə doğru seçim etməlidir”, - deyə E.Süleymanov bildirib. O, regionda iqtisadi inkişafı ən zəif olan Ermənistanın öz xalqının rifahına aparan yolun yalnız Azərbaycanla sülhdən keçdiyini bildirib.

Səfir Erl Litzenberqer təbriklərə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğu bildirərək, bundan sonrakı fəaliyyətində də iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığa böyük töhfə verən ABŞ-Azərbaycan Ticarət Palatasına xüsusi minnətdarlığını bildirən səfir Litzenberqer gələcəkdə də palataya üzv olan şirkətlərlə əməkdaşlıq edəcəyini deyib. O, bir səfir kimi məhz iqtisadi və biznes əlaqələrinin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az