AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
15:41
342



Sercio Mattarella:Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlərarası dialoq və əməkdaşlığın təşviqi ilə bağlı təşəbbüsü artır və möhkəmlənir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlərarası dialoq və əməkdaşlığın təşviqi ilə bağlı təşəbbüsü artır və möhkəmlənir.

Xeberoxu.az-ın məlumatına görə, bu barədə İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində deyilir.

Müraciəti İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari səsləndirib.

İtaliya Prezidenti dünyada gərginlik və dözümsüzlüyün qarşısının alınması üçün Forumun müstəsna vacibliyini qeyd edib:

“Mən 2018-ci ildə Bakıda Prezident İlham Əliyevlə məhsuldar görüşüm olub. Qlobal Forum anlaşılmazlıqların, gərginliyin və dözümsüzlüyün qarşısının alınması, eləcə də konkret təkliflərin siyasi səlahiyyətlərə malik şəxslərə çatdırılması üçün vacib əhəmiyyət daşıyır”.

Müraciətdə qeyd olunur ki, müasir dövrün aktual problemləri həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakını tələb edir.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir - Yana Batırşina







Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər







Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüb -FOTO







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az