11 Fev 2019
06:58
![]() |
![]() Silahlılar Latakiya və Hələbdə yaşayış məntəqələrini atəşə tutublar Silahlılar sutka ərzində Suriyanın Latakiya və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar. XeberOxu.az-ın məlumatına görə, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib. S.Solomatin deyib: "İdlib deeskalasiya zonasında sutka ərzində silahlılar Latakiya əyalətinin Kinsibba yaşayış məntəqəsini və Hələb əyalətinin Əl-Hədər yaşayış məntəqəsini atəşə tutublar". General-leytenan əlavə edib ki, Suriyanın Rakka əyalətinin sakinləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ordusunun ölkədən çıxarılması üçün mitinqlər keçirirlər: "Ötən sutka ərzində Rakka əyalətinin Et-Tabka yaşayış məntəqəsində mitinqlər qeydə alınıb". Bizimlə əlaqə saxlayın © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır ![]()
|
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |