Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
11:20
96

08
Noy
11:20



Son üç ildə 171 mindən çox köçkün Türkiyədən ölkəsinə geri göndərilib

Son üç il ərzində Türkiyədən 171 min 967 köçkün öz ölkəsinə geri göndərilib.

XeberOxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

Nazirin sözlərinə görə, hazırda ölkədə ümumilikdə 5 milyon 74 min 908 köçkün var. Onlardan 3 milyon 680 min 603-ü Türkiyə hökuməti tərəfindən müvəqqəti qoruma altında olan Suriya vətəndaşlarıdır. Müxtəlif ölkələrdən gələrək müvəqqəti yaşamaq icazəsi ilə ölkədə qalanların sayı 1 milyon 70 min 144 nəfərdir. Beynəlxalq qoruma çərçivəsində ölkədə yaşayanların sayı isə 324 min 161 nəfər təşkil edir.

S.Soylu 2014-cü ilə qədər ölkədə sənədsiz yaşayan xaricilərin sayının təxminən 50 min olduğunu deyib. Bildirilib ki, hazırda bu rəqəm dəfələrlə çoxdur. 2019-cu ilin əvvəlindən bugünədək Türkiyədə 373 min 468 köçkün saxlanılıb. Bu il Türkiyəyə beynəlxalq qoruma almaq üçün 43 min 670 nəfər müraciət edib.

İstanbulda 2018-ci ildə qanunsuz yaşayan 28 min 364 xarici vətəndaşın saxlanıldığını deyən nazir 2019-cu ildə bu rəqəmin 94 min 531-ə yüksəldiyini qeyd edib.


Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az