Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyun
2019
04:30
2211

05
Iyun
04:30




Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”

50 yaşını təntənəli şəkildə qeyd edən Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyət görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsinə dair ölkə başçımızın imzaladığı Sərəncama uyğun olaraq ədibin yaradıcılığından “Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası üzərində ilk məşqlərə başlayıb.

Teatrdan XeberOxu.Az-a verilən məlumata görə, Cəfər Cabbarlı ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı realistik boyalarla təsvir edərək ədalətsizliyin, var-dövlət hərisliyinin hansı fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə alıb.

Tamaşanın quruluşu teatrımıza dəvət olunmuş istedadlı rejissor Elşən Zeynallıya həvalə olunub. Quruluşçu rəssam isə Şahin Hüseynlidir. Rollarda Əməkdar Artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, Izaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Elay Xasıyev, Sevda Hüseynova, Məryəm Hüseynli, Mətanət Əmirullayeva, Aynur Hümmətova, Dağlar Rüstəmov və İlqar İbrahimov çıxış edəcəklər. Qeyd edək ki tamaşanın ilk nümayişi iyul ayının ilk həftələrində nəzərdə tutulur.

 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az