Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
02:30
222



Sumqayıtda əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizatı diqqət mərkəzindədir

Sumqayıt şəhərinin elektrik enerjisi ilə təchizatı məsələsi daim diqqət mərkəzindədir. İlin əvvəlindən bu sahənin işinin yaxşılaşdırılması məqsədilə yeni yarımstansiyaların, güc mərkəzlərinin yaradılması, paylayıcı xətlərin dəyişdirilməsi və yeni abonentlərin şəbəkəyə qoşulması işləri davam etdirilib.

XeberOxu.az xəbər verir ki, “Yaşıldərə” yaşayış massivində yeni beton kabel tuneli tikilib və orada 20 km yüksək gərginlikli yeni kabellər şəbəkəyə qoşulub, 2 yeni transformator quraşdırılıb, 5 transformatorda güc artımı edilib, 3 transformator əsaslı, 79-u cari təmir olunub.

Bununla yanaşı, Corat qəsəbəsində və “Betonzavod” yaşayış massivində 630 kilovat amperlik (KVA) gücündə 2 yeni transformator məntəqəsi quraşdırılıb, Hacı Zeynalabdin qəsəbəsində və “Xəzər bağları” yaşayış massivində 2 ədəd yeni güc mərkəzi yaradırılıb.

Həmçinin, 13 kilometr uzunluğunda alçaq gərginlikli elektrik xətləri SİP kabellərlə əvəz olunub, 4 kilometrədək yüksək gərginlikli hava elektrik verilişi xətlərində təmir və yenidənqurma işləri aparılıb, 875 ədəd yeni sayğac quraşdırılıb.

Görülən işlər əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatına qulluq edir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az