Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Iyun
2019
14:27
621

06
Iyun
14:27



Tələbələrimiz Vaşinqtondakı Qlobal Forumda iştirak ediblər

İyunun 2-dən 4-dək Vaşinqtonda Amerika Yəhudi Komitəsinin (AYK) illik qlobal forumu keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, tədbirdə Birləşmiş Ştatların və İsrailin tanınmış dövlət xadimləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. 2 mindən çox qonaq arasında 4 azərbaycanlı tələbə də olub. Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin və “ADA" Universitetinin dəstəyi ilə builki foruma qatılıblar.

Qeyd edək ki, Dövlət Komitəsinin nümayəndə heyətinin ötən il Vaşinqtona səfəri zamanı diaspor quruculuğu sahəsində qarşıya qoyulan məqsəd və vəzifələrdən irəli gələrək, AYK ilə birgə əməkdaşlığın mühüm sahələri, o cümlədən illik qlobal forumda Azərbaycan nümayəndə heyətinin iştirakı müzakirə olunmuşdu.

Xatırladaq ki, qlobal forum siyasi və informasiya-təbliğat məsələləri baxımından unikal konfransdır. Hər il 70 ölkədən 2500-dən çox qonaq dünya yəhudiliyinin gələcəyinə təsir edən həyati vacib məsələlərin müzakirəsi və təbliği üçün foruma toplaşır. Burada bütün dünyada artan antisemitizmə, ekstremizmə qarşı mübarizə aparılmasının, bəşəri dəyərlərin qorunması naminə insanların bir araya gəlməsinin vacibliyi müzakirə olunur. Forum iştirakçıları plenar iclaslarda nüfuzlu liderlərin çıxışlarını dinləyə, kiçik seksiya toplantılarında siyasi məsələlər üzrə ekspertlərlə, diplomatlarla və Konqres üzvlərilə görüşə bilirlər. Forumda İsrail dövlətinin və xalqının problem və imkanlarının öyrənilməsilə yanaşı, hər bir iştirakçının səsi eşidilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az