Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
12:26
390

20
Avq
12:26




Dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir

2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər davam etdirilir. Sözügedən fəaliyyət tibb müəssisələrində İKT-nin imkanlarından istifadə etməklə, icbari tibbi sığortanın məlumat bazasının, habelə müvafiq proqram təminatının yaradılması və geniş tətbiqi məqsədini daşıyır. İşlər “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən həyata keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Trend-ə verilən məlumata görə, proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşın onlayn qeydiyyatının aparılmasına, onun sığortaolunan olub-olmamasını müəyyənləşdirilməsinə, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır, həmçinin vətəndaşların zaman və məkandan asılı olmayaraq diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

Bu günədək 21 tibb müəssisəsi 617 ədəd kompüter avadanlığı ilə təchiz olunub, habelə internetə çıxışın təmin olunması məqsədilə tibb müəssisələrinə fiber-optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 25 tibb müəssisəsində kabelləşmə işləri icra olunub.

İyul ayından etibarən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşları tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirirlər. Bu günədək Bakı və Sumqayıt şəhərləri üzrə 48 tibb müəssisəsinin, həmçinin 22 regionda yerləşən tibb müəssisələrinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib.

Qeyd olunmalıdır ki, tibb müəssisələrinin elektronlaşdırılması və müvafiq heyətin təlimatlandırılması üçün nəzərdə tutulan maliyyə xərcləri bu məqsədlə agentliyə ayrılan büdcə vəsaiti hesabına həyata keçirilir.

Hazırlanmış işçi plana uyğun olaraq, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək bütün tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlərin icrası və təlimlərin keçirilməsi cari ilin sonuna kimi davam etdiriləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az