CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
18:29
510

20
Avq
18:29



Rafiq Bayramov baş katibin müavini ilə görüşdü

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının Baş katibinin müavini Tatyana Fyodorovanın rəhbərlik etdiyi nümayəndə heyəti  ilə görüşüb.

XeberOxu.az xəbər verir ki, görüş zamanı Assambleyanın fəaliyyəti, mədəni-humanitar əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, görüləcək işlər, eləcə də 30 sentyabr – 4 oktyabr 2019-cu il tarixində ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş katibin müavini Tatyana Fyodorova Assambleya günlərinin əhəmiyyətindən söz açaraq, bu çərçivədə müxtəlif sahələr üzrə keçiriləcək görüş, dəyirmi masa, forum və mədəni tədbirlər haqqında məlumat verib. Bildirib ki, tədbirlərdə hökumət və qeyri-hökumət təşkilatları, elm və mədəniyyət xadimləri və jurnalistlərin iştirakı nəzərdə tutulur. Assambleya günlərinin keçirilməsində əsas məqsəd Avrasiya xalqları arasında beynəlxalq mədəni, humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulmasıdır.

Nazir müavini Rafiq Bayramov ölkəmizdə bu kimi tədbirlərin mütəmadi olaraq keçirildiyini və Mədəniyyət Nazirliyi tərəfindən belə layihələrə daim dəstək göstərildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, Assambleya günləri çərçivəsində  keçiriləcək tədbirlərə də Nazirlik tərəfindən lazımi köməklik göstəriləcək.

Görüş Assambleya ilə gələcəkdə müxtəlif sahələr üzrə birgə əməkdaşlığa dair müzakirələrlə davam edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az