Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
05:30
324

21
Avq
05:30




Niderlandda niqab qadağası ilk dəfə tətbiq olundu

Niderlandda sürücü niqablı qadına avtobusa minməyə icazə verməyib.

"De Telegraaf" qəzetinin yazdığına görə, "Arriva" nəqliyyat şirkəti də belə bir hadisənin baş verdiyini təsdiqləyib. 

İnsident avqustun 19-da Limburq vilayətinin Steyn bələdiyyəsində yaşanıb. Sərnişin qadınlardan birinin üzü bağlı olduğundan, sürücü avtobusu sürməkdən imtina edib. Öz növbəsində qadın nə üzünü açıb, nə də avtobusdan düşməyə razı olub. Polis işə qarışıb və qadın nəqliyyat vasitəsindən zorla uzaqlaşdırılıb.

Bu, Niderlandda niqaba qadağanın tətbiq edildiyi ilk hadisədir. Xatırladaq ki, bununla bağlı rəsmi qadağa avqustun 1-dən qüvvəyə minib. Qadağaya əməl etməyənlər 150 avro məbləğində cərimə olunacaqlar.

Avropada üz bağlamağı qadağan edən ilk ölkə Fransadır. Bunun ardınca Avstriya, Belçika, Bolqarıstan və Danimarkada da niqaba qarşı bənzər qanun qəbul edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır







Nazir: Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb







Nazir Azərbaycana gələn miqrantların sayının artmasının başlıca SƏBƏBİNİ açıqladı


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az