Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
11:38
351

21
Avq
11:38




Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır

Avqustun 21-də BMT-nin Terrorizm Qurbanlarının Xatirəsini Anma Günüdür.

XeberOxu.az xəbər verir ki, AZƏRTACtəşkilatın saytına istinadla xəbər verir ki, hazırda bir çox ölkələr terror aktlarına məruz qalır, lakin qurbanların sayı əsasən bir neçə ölkədə cəmləşib. İnkişaf etmiş dövlətlər də bu qlobal bəla ilə mübarizə üçün yetərincə səy göstərmirlər. Terror qurbanlarına maddi, mənəvi və psixoloji yardım göstərilməsi də arzuolunan səviyyədə deyil.

BMT-nin bəyanatında qeyd olunur ki, terror qurbanlarının dəstəklənməsi və onların hüquqlarının müdafiəsi hər bir dövlətin vəzifəsidir. Təşkilatın Baş Assambleyası iki ildə bir dəfə Qlobal Antiterror Strategiyasının icmalını təqdim edir və XXI əsrdə bəşəriyyətin ən ağrılı problemi olan terrorizmə qarşı mübarizə istiqamətlərini müəyyən edir.

BMT-nin bu məsələyə dair A/RES/72/284 qətnaməsində də vurğulanır ki, təşkilata üzv dövlətlər terrorizmə qarşı mübarizəni öz milli strategiyalarına daxil etməli, qurbanlara hər cür yardım göstərməlidirlər. Bundan başqa, Baş Assambleya bu problemlə bağlı daha üç qətnamə qəbul edib.

Avqustun 19-dan 30-dək BMT-nin Antiterror idarəsi və Terror qurbanlarının dostları qrupu Nyu-Yorkda geniş sərgi təşkil edib. Avqustun 21-də təşkilatın baş katibi Antonio Quterreş bu tədbirdə çıxış edəcək. Avqustun 20-də isə BMT-nin müvafiq strukturları və Kamerunun təşkilatın yanındakı Daimi nümayəndəliyi “Boko haram” terrorçularının törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmi təqdim ediblər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az