Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
11:49
360

21
Avq
11:49




Yaponiyanın Müdafiə Nazirliyi Şimali Koreyanın nüvə silahına malik olması qənaətindədir

Yaponiya Müdafiə Nazirliyi ilk dəfə olaraq özünün illik “Ağ kitab”ına Şimali Koreyanın nüvə silahını miniatürləşdirməsi, həmçinin nüvə başlıqlarına malik olması barədə bənd əlavə etmək niyyətindədir.

XeberOxu.az xəbər verir ki, bu barədə avqustun 21-də “Yomiuri Shimbun” qəzeti məlumat yayıb. Qeyd edilir ki, nazirliyin rəyinə görə Pxenyandan “ciddi və irəliləyən təhlükə gözlənilir”.

Xatırladaq ki, nazirliyin ötən il nəşr etdiyi eyni sənəddə Şimali Koreyanın silahlanma istiqamətində irəliləyişi, ABŞ və Şimali Koreya liderləri arasında nüvə silahının ləğvi ilə bağlı əldə edilən razılaşmalar fonunda Koreya yarımadasında vəziyyətin nəzarətdə saxlanmasının zəruriliyi qeyd edilirdi.

Nüvə silahının miniatürləşdirilməsi və nüvə başlıqlarının yaradılması ilə bağlı isə ötənilki hesabatda Şimali Koreyanın “həmin planların reallaşmasına” yaxınlaşdığı bildirilirdi. Yeni “Ağ kitab”ın yaxın bir ayda nəşr olunacağı gözlənilir. Təqribən 500 səhifə həcmində olan həmin nəşrdə Tokionun təhlükəsizliklə bağlı əsas mövqeyi öz əksini tapacaq.

Ötən ilin aprelində Pxenyan nüvə silahlarının, həmçinin müxtəlif məsafəli ballistik raketlərin sınaqlarından imtina etdiyini elan edib. Cari ilin mayında isə əvvəllər altı yeraltı nüvə sınağının keçirildiyi Pxunqeri poliqonunu ləğv edib. 2016-2017-ci illərdə Şimali Koreya təqribən 40-dək ballistik raket sınağı keçirib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az