Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Avq
2019
12:05
417

21
Avq
12:05




ABŞ Cənubi Koreya ilə qoşunların saxlanma xərclərinə dair danışıqların tez başlanılmasını istəyir

ABŞ özünün Cənubi Koreyadakı hərbi kontingentinin saxlanılması xərclərinə dair danışıqların mümkün qədər tez başlanılmasını istəyir.

XeberOxu.az xəbər verir ki, AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ-ın müdafiə xərcləri üzrə danışıqlarına məsul olan Timoti Bets Cənubi koreyalı həmkarları ilə qapalı görüşdə ölkəsinin bu istəyini dilə gətirib.

Cənubi Koreya tərəfi danışıqların yeni mərhələsinin dəqiq vaxtı və yeri barədə razılaşmanın olmasına dair məlumat vermir.

Qeyd edək ki, rəsmi Vaşinqton Cənubi Koreyadan bu ölkədəki 28 min 500 nəfər şəxsi heyəti olan Amerika qoşunlarının saxlanmasına daha çox vəsait ayırmasını istəyir. Cənubi Koreya tərəfi isə ABŞ qoşunlarının saxlanmasına ayrılan vəsaitin imkanlar daxilində və ədalətli şəkildə çoxalda biləcəyini bəyan edib. Cənubi Koreya cari il üçün ABŞ qoşunlarının saxlanmasına 1,04 trilyon Koreya vonu (təxminən 861,8 milyon ABŞ dolları) vəsait ayrılmasına razı olmuşdu ki, bu da əvvəlki illə müqayisədə 8,2 faiz çox olub. Tərəflər növbəti il üçün Cənubi Koreyanın ayıracağı vəsaitinin məbləğinə dair ilin sonunadək razılığa gəlməlidirlər.

ABŞ Prezidenti Donald Tramp avqustun əvvəlində özünün "Tvitter" hesabında məsələyə dair danışıqların başladığını və Şimali Koreyanın təhdidləri fonunda Seulun öz üzərinə düşən xərcləri artırmağa razı olduğunu yazmışdı. Müşahidəçilər bu fikrin danışıqlarda taktiki gediş kimi qiymətləndiriblər.

Ötən ay Cənubi Koreya mətbuatı Vaşinqtonun Seuldan ABŞ qoşunlarının saxlanmasına 5 milyard dollar vəsait ayrılmasını xahiş etməyi qərarlaşdığını yazıb. Bu hazırkı rəqəmdən 5 dəfədən də çoxdur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az