Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
18:51
873

21
Sen
18:51



"Topaz" istifadəçilərinə yaranan texniki problemlə bağlı müraciət edib

Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti "Topaz" yaranan texniki problemlə bağlı müraciət edib.

"Topaz" istifadəçilərinin əlindəki biletlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığından istənilən bilet üzrə uduş təminatı şirkətin fərdi iradəsindən asılı deyil. Bu səbəbdən mərc oyunları qaydalarına əsasən, haqlı uduş sayılan bütün uduşlar mütləq
ödənilməlidir və ödəniləcək.

Yaranan texniki problemlərə görə biletlərin avtomatik dəyərləndirilməsi dayandırılıb, lakin "Topaz" əməkdaşları həftəsonu olmasına baxmayaraq fövqəladə rejimdə işləyir və hər bir bileti fərdi qaydada dəyərləndirərək uduşun haqlı şəkildə olduğu halda verilməsinə təminat verir. Şirkət oyunçulara bütün uduşların ödəniləcəyindən əmin olmalarını bildirir.

"Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

Həmçinin, qeyd edək ki, "Caspiantech"  QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq, müxtəlif idman federasiyalarının xüsusi dəstəkçisidir.

Bundan başqa, "Caspiantec" QSC hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az