RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



17 May
2019
15:00
753



Milli Məclisin deputatları Gürcüstanda haqqında iddialar səsləndirilən Keşikçidağ abidəsi ilə bağlı etirazlarını bildiriblər

Milli Məclisin deputatları Gürcüstanda haqqında iddialar səsləndirilən Keşikçidağ abidəsi ilə bağlı etirazlarını bildiriblər.

Xeberoxu.az-ın məlumatına görə, deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan arasında dostluq daim davam etməlidir. Çünki bu dostluq tarixi ənənəyə söykənir: “Bu, bizim üçün də önəmlidir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində imkan verdik ki, gürcü xalqının bir sıra nümayəndələri “pasxa” bayramını keçirsinlər. Onlar isə “Keşikçidağ”da aksiya keçirərək Azərbaycanın dövlət müstəqilliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir".

Deputat Fərəc Quliyev də bu gərginliyin aradan qaldırılmasının vacibliyini qeyd edib. O deyib ki, “Keşikçidağ” Azərbaycan ərazisidir.

Qənirə Paşayeva bu məsələnin Azərbaycanın maraqları çərçivəsində həll ediləcəyinə inandığını bildirib:

"Azərbaycan Gürcüstanla münasibətlərdə həmişə həssas davranır, ancaq ərazi bütövlüyü daha əzizdir. Həmin abidə də hər zaman Azərbaycana məxsus olub. İnsanlarımız da həmin abidəyə Keşikçidağ tarixi mədəniyyət abidəsi deməlidir, David Qareci kilsəsi yox”.

Millət vəkili Nəsib Məhməliyev də Keşikçidağla bağlı səslənən iddiaları qəbuledilməz sayıb: “Bu polemikalar səngiməli, komissiyalar intensiv fəaliyyət göstərməlidir”.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az