Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
21:25
786



UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edir

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də işini nominasiyaların təqdimatı ilə davam etdirir.

XeberOxu.az-ın məlumatına görə, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev ötən 7 günün gərgin müzakirələrlə, qarşılıqlı görüşlərlə və yeni nominasiyaların təqdimatı ilə yadda qaldığını bildirib. Nazir deyib ki, bu gün musiqi ictimaiyyəti çox ağır xəbər alıb. Belə ki, bossa-nova musiqi üslubunun banilərindən biri olan Juan Jilbertu 88 yaşında dünyasını dəyişib. 1931-ci ildə Braziliyada anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməlik illərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur. Juan Jilbertu dünya musiqisinə böyük töhfələr verib.

Sessiya iştirakçıları Juan Jilbertunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Günün ilk müzakirəyə çıxarılan nominasiyası Portuqaliyanın Mafra saray ansamblı ilə bağlı olub. Bu barədə ICOMOS-un hesabatı dinlənilib. Bildirilib ki, 1717-ci ildə inşasına başlanılan bu abidənin tikintisi 1735-ci ildə başa çatıb. Burada Kralın iqamətgahı, kilsə yerləşib. Roma barokko üslubunda inşa olunan bu bina dünya tarixi memarlığının bənzərsiz nümunələrindədir.

Maraqlı müzakirələrdən sonra fayl UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Sessiya növbəti faylın müzakirəsi ilə davam edir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az